Şikayət və müraciət

Şikayət və müraciət

Hörmətli istifadəçilər!

Ens.az saytı hər bir istifadəçiyə, oxucuya elektron məktub göndərmək, onu maraqlandıran məsələlər barədə fikirlərini və arzularını bildirmək, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı yaradır. Sizin müraciət və məktublarınız saytımızda yayımlanacaq. 

Qeyd edirik ki, "Kütləvi İnformasiya Vasitələri Haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq, redaksiya oxucu məktublarını dərc edərkən onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verə bilər.

Sizdən göndərdiyiniz müraciətləri hazırlayarkən aşağıda qeyd olunan şərtlərlə tanış olmağı və ona əməl etməyi xahiş edirik. 

Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.

Mətnin ölkımizdə dövlət dili olan Azərbaycan dilində, latın əlifbası ilə yazılması arzu ediləndir. Zəruri hallarda məktubunuzu saytın yayımlandığı digər 3 dildən birində də yaza bilərsiniz. Müraciətiniz yalnız böyük və ya yalnız kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

Müraciətin mətni anlaşıqlı olmalı, müraciətdə edilən təklif, irad və ya tələb aydın ifadə edilməlidir.

Müraciətin mətnində təhqir və böhtana yol verildikdə, yaxud müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciət yayımlanmayacaq.

 

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR